Qrip, soyuqdəymə zamanı nələri yemək olmaz?

Qrip, soyuqdəymə, zökəm zamanı hər qidanı qəbul etmək olmaz. Xəstəlik şikayətlərini artıran yox, azaldan, faydalı qidalara üstünlük vermək lazımdır. Türkiyədən olan dietoloq Aslıhan Altuntaşın yuxarı yənəffüs yolları infeksiyaları zamanı hansı qidaları qəbul etməyin lazım olmadığını açıqlayıb. Foodinfo.az e-tibb.az-a istinadən onun fikirlərini təqdim edir:

Ditoloq bildirib ki, qrip, zökəm, soyuqdəymə, faringit, sünusit kimi hallarda həkimə müraciət edəndə daha çix antihistamin tərkibli dərmanlar təyin olunur. Çünki yuxarı tənəffüs yolları infeksiyaları və allergiyalar zamanı bədəndə yaranan şikatətlərə səbəb olan maddə histamin sayılır.

Orqanizmdə histamin midqraı artan zaman belə narahatlıqlar ortaya çıxır. Beləliklə də dolayısıyla soyuqdəymə olan zamanlarda histamini azaldan, tərkibində histamine olmayan, histamin səviyyəsini artıran qidalar qəbul etmək lazım deyil. Bəzi qidalar təbii olaraq histamin mənbəyi sayılır. Bəzi qidalar bədəndə histaminin artmasına şərait yaradır. Bəzi qidalar isə histamini parçalayaraq qanda onun miqdarını artmasına şərait yaradır. Dietoloq bildirib ki, histaminlə zəngin olan qidalar sırasında ilk yerdə mayalı qidalar gəlir. Əsasən mayalı qidalar, alkoqollu içkilərdən uzaq durmaq tövsiyə olunur.

Turşuların, sirkə, qatıq, ayranın histamin ifrazını artırmaq qabiliyyəti var. Amma bu halda onların fayda və zərər nisbətini götür-qoy etmək, tamamilə imtina etmək yox, balanslı olaraq qəbul etmək, immun sistemini gücləndirmək kimi faydalarının olduğunu da yaddan çıxarmaq olmaz. Kolbasa, sosiska kimi işlənmiş ət qidaları histaminlə zəngin sayılır. Bu qidalar həm qrip, zökəm zamanı yeyilməməlidir, həm də ümumiyyətlə, sağlam qidalanan insanlar bunlardan uzaq dursalar, yaxşı olar. Histaminlə bağlı pendirlərə də diqqət etmək lazımdır.

Ələlxüsus histamin tərkibi yükəsk olan köhnə pendirlər, bərk, eləcə də pasterizə edilən süddən hazırlanan pendirləri gündə 60-90 qramdan çox yemək olmaz.

Tərəvəz və göyərtilərdən badımcan, ispanaq, pamidor histaminlə çox zəngindir. Amma bu kimi hallarda onların heç qəbul etməmək deyil, qəbulunu azaltmaq məsləhət görülür.

Eynilə işlənmiş balıq məhsulları da histaminlə zəngindir. Amma xəstəlik olduğu müddətdə daha çox hisə verilən, duza qoyulan yox təzə balıqları yemək tövsiyə olunur.

Bundan başaqa, şokolad da xəstəlik şikayətlərinin artmasına səbəb olur. Şokolad histamin ifrazına səbəb olduğuna görə, xəstəlik müddətində yemək olmaz.

Onun tərkibində olan rafinə edilmiş şəkər həm histamini artırır, həm də immun sisiteminin güclənməsinə əngəl olur.

İnək südü də histamin ifraz etdiyindən xəstəlıik zamanı içmək tövsiyə olunmur. Əvəzində keçi südü içmək olar.

Amma ən yaxşısı süd yox, qatıq və kefiri gündə 400 qramdan çox olmamaq şərti ilə yemək məsləhət görülür.