Araq koronavirusun dərmanıdır? – Mütəxəssisdən AÇIQLAMA

Tibb üzrə fəlsəfə doktoru Bəxtiyar Hüseynov koronavirusla bağlı maraqlı açıqlama verib. Foodinfo.az xəbər verir ki, mütəxəssis bildirib ki,  araq kimi tanıdığımız etil spirti əslində bu virusun dərmanı deyil. O, qeyd edib ki, koronavirusu yalnız 85 % tibbi spirt dezinfeksiya edə bilər. Daha sonra o, bu virusdan qorunma yollarından da  danışıb. Onun sözlərinə görə, gün ərzində mütəmadi maye qəbul etmək lazımdır. Çünki, virus əvvəl boğazda yaranır, ordan da ağciyərlərə nüfuz edir. Bunun qarşısını almaq üçün mütləq şəkildə ilıq çay, su və digər mayelərdən bolluca qəbul etmək lazımdır. O, bu virusdan əsasən yaşlıların əziyyət çəkdiyini də vurğulayıb. (ölkə.az)