Kalsium, maqnezium, sink – Orqanizm üçün faydaları

Kalsium, maqnezium və sink orqanizmdəki bir çox proses üçün vacib olan 3 mineraldır. Son zamanlar kalsium-maqnezium-sink qarışığı olan mineral əlavələr sümüklərini bərkitmək istəyən, ümumilikdə isə sağlamlığına önəm verən insanlar tərəfindən daha çox istifadə olunur.

Kalsium, maqnezium və sinkin faydaları

Kalsium sümüklərdəki mineral ehtiyatlarının 99%-dən çoxunu təşkil edən əsas elementdir. Davamlı olaraq sümük toxumalarını bərpa edir. Buna görə də yetərli kalsium qəbuluna hər gün diqqət etməliyik. Sink də sümük bərpasına kömək edir və sümüyün məhv olmasına təsir edən hüceyrələrin meydana gəlməsinin qarşısını alır. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, nəhayət, maqnezium D vitamininin aktiv formaya çevrilməsində əsas rol oynayır. Bu da orqanizmdə kalsiumun yaranmasına kömək edir.

Maqnezium və sink beyindaxili proseslər üçün əsas elementlərdir

14.800-dən çox insan arasında aparılan araşdırma zamanı müəyyən olunub ki, maqnezium qəbul etmək depressiyaya meylli insanlarda narahatlıq hissini azalda bilir. Bu insanların maqnezium qəbul etməyənlərlə müqayisədə depressiyaya məruz qalma ehtimalı 26% daha azdır.

Maqnezium və sink immun sistemini gücləndirir və iltihabı prosesləri azaldır. İltihab normal orqanizmdə immun sisteminə lazımlı “cavab” olsa da, xroniki hal alması sağlamlığa zərər verir, xərçəng və ürək xəstəlikləri başda olmaqla, bir sıra xəstəliklərin inkişafına təkan verir.

Maqnezium qəbulu, C-reaktiv protein (CRP) və interleukin 6 (IL-6) kimi xroniki iltihabın dərəcəsini azaldır. Sink bir çox immun hüceyrənin inkişafı və fəaliyyətində mühüm rol oynayır. Bu mineralın qəbul edilməsi infeksiyalarla mübarizəyə və yaraların sağalmasına kömək edir.

Maqnezium və sink qan şəkərini tənzimləyir

1360-dan çox diabetli insanın iştirak etdiyi tədqiqatın təhlilləri göstərir ki, sink əlavəsi HbA1c səviyyəsini metforminlə eyni dərəcədə azaldır. Bundan əlavə, maqnezium diabetli insanlarda qan şəkərini normaya salmağa kömək edir, bədənin insulin dirəncini artırır.

Maqnezium və sink yuxu keyfiyyətini yaxşılaşdırır

Tədqiqatlar göstərir ki, maqnezium sinir sistemini stimullaşdırır, bu da insanın özünü sakit və rahat hiss etməsinə kömək edir. Bundan əlavə, insan və heyvanlar üzərində aparılan tədqiqatlar sink əlavələrinin də yuxu keyfiyyətini yaxşılaşdırdığını sübut edib.