Virusdan qoruyan qidalar – Dietoloq açıqlayıb

Son günlərin ən aktual mövzusu koronavirusdan qoruma yollarının axtarılmasıdır. Ən çox verilən suallardan biri isə hansı qidaların viruslara qarşı dözümlülük yaratması barədədir. Foodinfo.az e-tibb.az-a istinadən xəbər verir ki, koronavirus pandemiyası dövründə orqanizmdə müqaviməti artırmaq, viruslardan qorunmaq üçün hansı qidalar qəbul olunmalıdır? E-tibb.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzman dietoloq Elif Erkin koronavirus da daxil olmaqla, bütün respirator virus infeksiyalarından, soyuqdəymə, zökəm kimi xəstəliklərdən qorunmaq üçün bu qidaları qəbul etməyi tövsiyə edib:

Portağal, qreyfurt, limon, narıngi – C vitamini deposu olaraq qəbul olunan bu meyvələrin suyunu deyil, özünü yemək lazımdır. Bu meyvələr immun sisteminin güclənmədi üçün ən faydalı qidalar sayılır.

Soğan, sarımsaq – təbii antibiotik olaraq orqanizmə daxil olan mikroblarla mübarizə apara bilir, virus infeksiyalarından qoruyurlar. Mütəmadi olaraq çiy, ya da bişmiş halda istifadə etmək tövsiyə olunur.

Nar – immun sisiteminin ən yaxşı dostlarından biridir. Suyunu içmək yerinə orta büyüklükdə olan narı yemək həm qripdən qoruyur, həm də həzmi yaxşılaşdırır.

Yaşıl yarpaqlı göyərtilər – cəfəri, vəzəri, ispanaq həm B kompleks vitaminləri, həm də C və E vitaminləri ilə zəngindir. İmmun sisteminin güclü olması üşün hər dəfə onlardan istifadə tövsiyə olunur.

Göbələk – qripə qarşı qoruyan “Beta-glücan” adlı maddə ifraz edir, immunitetin qrip virusunu tanımasını və onu yox etmək üçün hərəkətə keçməsini təmin edir.

Zəncəfil – hər cür infeksiyadan qorumağa qadir olan maddələrlə zəngindir. Zəncəfildən dəmləmə- çay kimi, yaxud da ədviyyat şəklində yararlanmaq olar.

Turp – Viruslardan qoruyan ən ən faydalı qidalardan biridir, süffrədən əskik etməmək lazımdır.

Kivi – C vitamini ilə ən zəngin olan meyvələrdən biri, güclü qoruyucudur.

Dietoloq daha sonra orqanimzi viruslardan qoruyan qidalar sırasında balıqlar, təbii qatıq, kefir, qoz, badam, fındıq və yumurtanın vacib olduğunu vurğulayıb.