Foodinfo.az-dan özəl – AQTA mütəxəssisinin iştirakı ilə vətəndaşlar arasında sorğu (VİDEO)

Foodinfo.az Qida Xəbərləri Portalı yeni layihəyə start verib. Bu dəfə Qida Xəbərləri Portalı və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisi vətəndaşların “ayağına” gedib. Portal AQTA ekspertinin iştirakı ilə həm vətəndaşların qida təhlükəsizliyi ilə bağlı biliklərini yoxlayıb, həm də zəruri məlumatları mütəxəssisin dilindən onların diqqətinə çatdırıb.

Sorğu iştirakçılarına “Qida məhsulları alarkən nələrə üstünlük verirsiniz?” və “Ev şəraitində qida məhsullarının istifadə və saxlanılma qaydasına necə əməl edirsiniz?” sualları verilib.

Yeni layihənin həyata keçirilməsində əsas məqsəd əhalinin qida təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının öyrənilməsi,eyni zamanda doğru bildikləri yanlışların onlara mütəxəssis tərəfindən izah olunması və peşəkar qida eksperti tərəfindən onları maraqlandıran sualların cavablandırılmasını təmin etməkdir.

Videomaterialı təqdim edirik:

Tarix: / Foodinfo