Novruz süfrəsinin xərci nə qədər olacaq? – MƏBLƏĞ

Novruz Bayramına sayılı günlər qalır. Bayrama maraq qatan isə bayram süfrəsinin müxtəlif təamlarla, xüsusilə şirniyyatlarla bəzədilməsidir.  Bu gün hamını düşündürən qozun, fındığın, ətin, yağın və s. qiyməti ilə bağlıdır. Sirr deyil ki, bayram ərəfəsində zəruri məhsullar bahalaşır.

Foodinfo.az xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a Novruz süfrəsi üçün tələb olunan məbləğlə bağlı açıqlama verdi. “Novruz süfrəsi 5 nəfərlik bir ailə üçün minimum 150 manata başa gəlir. Əlbəttə ki, orta statistik kürü, qızıl balıq, nərə balığı yemir”.

Eyyub Hüseynov qiymətlərin bahalaşmasını da təsdiq edir. “Bəli, ötən ilə nisbətən qiymətlərdə təxminən, 8% bahalaşma var. Bahalaşma davam edəcək”.

Onun sözlərinə görə əsasən bahalaşma koronavirus ilə bağlıdır. “Koronavirus davam etsə, yaxın 8 ayda bundan da çox bahalaşma baş verəcək. Xaricdən gətirilən bir sıra mallara qadağan qoyulub”.

Eyyub Hüseynov onu da qeyd edir ki, qarşıdakı 3 gün ərzində çox ciddi bahalaşma olacaq.