ABŞ-da cütlük min dollar məbləğində pivə oğurladı

ABŞ-ın Luiziana ştatında cütlük bir həftə ərzində bir neçə dükanı qarət edib. Foodinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu müddət ərzində 32 yaşlı Eşli və 35 yaşlı Metyu Forbs dükanlardan min dollar məbləğində pivə oğurlayıb. 24-29 fevral tarixlərində onlar iki dükanı altı dəfə qarət ediblər. Cütlük oğurluq edərkən müşahidə kameralarına düşüb və qısa zamanda polis tərəfindən həbs edilib.