Yüksək təzyiqi salan quru meyvələr

Hipertoniya – yüksək təzyiq 40 yaşdan sonra bir çox insanların yol yoldaşıdır. Gizli qatil adlandırılan təzyiqi dərmanla yanaşı xalq metodları, bitki və hətta quru meyvələrlə də salmaq mümkündür.

Foodinfo.az medicina.az-a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələrin siyahısını təqdim edir.

1. Quru əncir – kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir.

2. Kişmiş – suyu və özü təzyiqi salır. Qanı artırır.

3. Qara gavalı – böyrəklərin işini tənzimləyir ki, bu da ürəyə düşən təzyiqi azaldır.

4. Ərik qurusu – ürəyin birinci dərmanıdır.