Bu qidalar damarları tıxayır – DİQQƏT

 

Gündəlik həyatda sağlam qida olaraq qəbul etdiyimiz bir sıra məhsulların da müxtəlif fəsadları var. Foodinfo.az yenicag.az-a istinadən bildirir ki, ürəyində problemi olan şəxslər, xüsusilə, qidalanmalarına diqqət etməlidir. Əks təqdirdə, damarlar tıxanır və qanın orqanlara çatdırılmasında ciddi problemlər yaranır.

Ət – doymuş yağ və xolesterol səviyyəsi yüksən olan bu məhsulu həftədə iki dəfədən artıq qəbul etmək məsləhətli deyil.

Yumurta – yumurta sarısında damarları tıxayan lipoprotein mövcuddur.

Toyuq dərisi – bu qida isə damarların divarlarında yağlanma yaradır.

Trans yağ – hər gün qəbul etdiyimiz qidaların çoxunda trans yağ və ya hidrogenləşmiş əsas yağlar var. Bu cür yağlar daha çox emal edilən qidalarda, marqarində, sobada bişirilən və ya dondurulan qidalarda olur.