Avokadonun daha bir möcüzəvi faydası kəşf olundu

ABŞ-ın Pensilvaniya Universitetinin mütəxəssisləri “super qida” adlandırılan avokadonun daha bir faydasını kəşf ediblər. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, araşdırma nəticəsində məlum olub ki, hər gün bir avokado yemək həddindən artıq kilolu insanları ürək xəstəliklərindən qoruyur. Aparılan testlər zamanı beş həftə: gündə bir ədəd avokado yeyən kilolu insanlarda zərərli xolesterin səviyyəsinin 10% azaldığı müşahidə edilib. Pensilvaniya Universitetinin mütəxəssisləri avokadonun arteriyaları dolduran və ürəyi riskə atan xolesterin ifrazını dayandırdığını iddia edirlər. “Journal of Nutrition”da dərc edilən araşdırmada isə bildirlir ki, avokado zəngin antioksidant mənbəyidir və ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.