Nəyə görə kişilər acı qırmızı bibər yeməlidir – 4 FAYDASI

Yandırıcı qırmızı bibər, xüsusən Çili növü Meksika, Cənubi Amerika, Hindistan və s. ölkələrin mətbəxində gündəlik istifadə olunur. Alimlərin fikrincə insan, xüsusən kişilər hər həftə 3-4 dəfə rasiona qırmızı istiot daxil etməlidir.

Foodinfo.az “ölkə.az”-a istinadən xəbər verir ki, medicina.az bunun səbəblərini açıqlayır.

1. Ürək xəstəlikləri riskini azaldır. İtaliyada müntəzəm olaraq acı bibər qəbul edən insanlarda ürək tutmaları 40% az olub. Bibər qan duruldurucu təsir edir.

2. Ömrü uzadır  Xroniki xəstəliklərdən ölüm faizini 23% endirir.

3. Afrodiziak kimi təsir edir – yəni kiçik çanaq orqanlarını qanla təchizatını artırıb, cinsi həvəssizliyin qarşısını alır. Kişilərdə sonsuzluğa qarşıdır.

4. Enerji verir, parazitləri öldürür.

Kimlərə olmaz: qastrit və xorası olanlara