Viruslar insanlıq yaranandan var və əsrlərdir onlarla mübarizə üçün dərmanlar, vasitələr axtarılıb və tapılıb. Hazırda virusəleyhinə güclü təsir edən bitkilərin siyahısına bunlar daxildir.
Foodinfo.az medicina.az-a istinadən bildirir ki, orqanizmin viruslara qarşı müdafiəsini təmin etmək üçün bu bitkilərdən bəzilərini əldə edib, çayını, dəmləməsini içə bilərsiz.
1. Oraqano – dağ reyhanı – tərkibində əsas maddə olan karvakrol antivirus təsir edir. Xüsusən kəskin respirator virusları və herpesə qarşı.
2. Sürvə (şalfey) – bu bitkinin ekstraktı QİÇS kimi xəstəliklərdə belə virusun aktivliyini azaldır
3. Reyhan – herpes, enterevirusun fəaliyyətini zəiflədir
4. Sarımsaq – alimlər sarımsaqla bağlı iki cəbhəyə bölünüb. Sarımsaq zərərli bakteriyalara qarşı effektivdir, amma onun pnevmoniya və rinovirusda da təsir etdiyi araşdırılıb
5. Rozmarin – mərzə – oleanol turşusu qrip, hepatit, QİÇS xəstəliyi ilə mübarizə aparır
6. Fenxel – çayı virus əleyhinədir
7. Exinesiya – ekstaktı ən ağır virusları yola salır.