Koronavirusla mübarizə üçün effektiv içkinin adı açıqlandı

Koronavirusla effektiv mübarizə üçün sərt alkoqollu içki olan çaçadan istifadə edin. Foodinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze öz tövsiyəsini verib. Qamkrelidze infeksiya ilə mübarizə aparmaq üçün spirtli içki içməyin faydasız olduğunu vurğulayıb. “Çaçanı içmək kömək etmir. Onu suda həll etmək və antiseptik kimi istifadə etmək olar”, – deyə baş epidemioloq bildirib. O, bundan başqa atiseptik kimi sabundan istifadəni də tövsiyə edib. Qamkrelidze virusun əsas yayılma mənbələrindən birinin pul olduğunu vurğulayıb: “Buna görə ölkədə ödənişlər maksimum elektron şəkildə həyata keçirilməlidir, ancaq məcburiyyətdən əskinaslardan istifadə edilərsə, bundan sonra əllər dezinfeksiya olunmalıdır”.

Hazırda Gürcüstanda koronavirusla bağlı üç yoluxma halı qeydə alınıb.