Azərbaycan sarımsaq idxalını 3,3 dəfə artırıb, istehsalını isə 32% azaldıb

Azərbaycan 2019-cu il ərzində 1 683,4 ton sarımsaq ixrac edib ki, bu da 2018-ci il ilə müqayisədə 871,8 ton və ya 2,1 dəfə çoxdur. Foodinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib, ötən il ölkəyə 310 ton sarımsaq idxal olunub ki, bu da 2018-ci illə müqayisədə 3,3 dəfə çoxdur. Hesabat ilində 2018-ci illə müqayisədə sarımsağın ixracı dəyər ifadəsində 54,3%, idxalı isə 4 dəfə artıb və müvafiq olaraq 1 446 min manat və 300 min manat təşkil edib. İstehsala gəldikdə isə, ötən il ölkədə 1,7 ton sarımsaq istehsal olunub. Bu, 2018-ci illə müqayisədə 32% azdır.