“Coca-Cola” və “Pepsi” məhkəməyə verilib

“Coca-Cola”, “Pepsi” və digər böyük plastik çirkləndiricilər məhsullarının təkrar istifadəsi barədə yalan məlumat verməkdə və milyonlarla ton tullantını okeanlara atmaqda ittiham edilir. Foodinfo.az “Report”a istinadən xəbər verir ki, ətraf mühiti mühafizə təşkilatı “Earth Island Institute” ötən həftə analoji şirkətlərə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiasında qeyd olunur ki, hər il 8 milyondan 20 milyon tonadək plastik tullantı dünya okeanlarına atılır və tullantıların böyük əksəriyyəti bu şirkətlərin payına düşür. Bundan başqa, vəziyyətin belə davam edəcəyi təqdirdə 2050-ci ilə qədər okeanlardakı plastikin həcmi balıqlardan daha çox olacaq.

Qeyd edək ki, son tədqiqatlar 1950-ci ildən bəri istehsal olunan plastikin 91%-nin təkrar emal edilmədiyini və qırıntıların əksəriyyətinin poliqonlarda, sobalarda yandırılıdığını və ya okeanlara atıldığını göstərir.