Bu cür qidalanma çox zərərlidir – Dietoloqlar xəbərdarlıq edir

Dietoloqlar gün ərzində 1-2 dəfə qidalanmanın zərərli olduğunu açıqlayıblar. Buna “oruc pəhrizi” də deyilir. Foodinfo.az xəbər verir ki, mütəxəssislər şəhərdə yaşayan insanların belə bir pəhriz səbəbiylə orqanizmində yeni mənfi təsirlərin ortaya çıxmasını bildirirlər. Beləki, bu metod maddələr mübadiləsini zəiflədir və piylənməyə yol açır. Həkimlər bu nəticəyə heyvanlar üzərində aparılan təcrübələrdən gəliblər. Onlar əmindir ki, balanslaşdırılmamış qidalanma ciddi xəstəliklərin inkişafına səbəb olur və orqanizmin enerjiyə olan ehtiyacını azaldır. Dietoloqlar qida saatlarını buraxmamağa, gün ərzində 3-5 dəfə, az-az yeməyi tövsiyyə edirlər. Bundan əlavə, yatmadan 1-2 saat əvvəl kefir və ya hər hansı bir turş süd məhsulu (pəhriz kəsmik, yağsız qatıq) qəbul edə bilərsiniz. (ölkə.az)