Arağı duzlu xiyarla içmək olmaz – ALİMLƏR

Spirtli içkilər yanında verilən “zakuska” turşu xiyar, marinadlar əslində uyğun deyil. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, əvvəllər içki yanında duza qoyulmuş xiyar yeyilirdi. Həkimlər hesab edir ki, şoraba əslində həzm orqanlarına içkinin təsirini azaldır, orqanizmin su-duz balansını tənzimləyir. Amma müasir xiyarlar marinaddır, tərkibində sirkə, müxtəlif maddələr, konservantlar var. Bu xiyarlar əksinə mədənin selikli qişasını daha da zədələyib iltihaba zəmin yaradır. Bu zaman alkoqol mədəni daha çox “dağıdır”.

İçki yanında istiotlu, acılı qəlyanaltılar, marinad turşu yeyənlərdə qastrit, eroziya, xora yaranır. Əgər insanda əvvəldən qastrit, xora varsa, alkoqolla xiyar yedikdə daha da dərinləşir.

Bəs “zakuska” üçün nə seçməli? Bunun üçün təzə və ya duza qoyulmuş kələm şorabası uyğundur. Kələmdə U vitamini var, bu da mədə divarını alkoqolun təsirindən qoruyur.