Bakının ictimai iaşə dövriyyəsi ötən ay 9% artıb

Bu ilin yanvar ayında Bakının ictimai iaşə dövriyyəsi 2019-cu ilin yanvar ayı ilə müqayisədə real ifadədə 8,9% artaraq 72,5 mln. manat olub. Foodinfo.az Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,4%-i hüquqi şəxs statuslu müəssisələrin, 44,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 40,4 mln. manat təşkil edib.