Bakıda Novruzla əlaqədar 15-ə yaxın çadır quraşdırılıb

Bakıda Novruz bayramı münasibətilə bayram yarmarkalarına start verilib. Bu barədə Foodinfo.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən məlumat verilib.

Bildirilib ki, şəhərin müxtəlif yerlərində bayramla əlaqədar 15-ə yaxın çadır qurulub: “İstehlakçıların alış-verişlərini rahat şəkildə etmələri üçün əlverişli şərait yaradılıb. Belə ki, şəhərin müxtəlif yerlərində, əsasən, metro çıxışlarında 15-ə yaxın çadır quraşdırılıb”.

Qeyd edək ki, yarmarkaların təşkil edilməsində məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir.