Bu xəstəliklərdə faydalı olan mayelər – SİYAHI

Meyvələr insan orqanizminə nə qədər faydalıdırsa, onlardan hazırlanan şirələr də sağlamlığa bir o qədər müsbət təsir göstərir. Ancaq meyvə şirələrindən düzgün istifadə edilmədikdə vücudda xəstəliklərin yaranması belə mümkündür. Foodinfo.az Medicina.az-a istinadən meyvə şirələrinin faydalarıyla bağlı məlumatları təqdim edir:

Portağal suyu – C vitamini ilə zəngindir. Soyuqdəyməyə qarşı qoruyucu vasitədir.

Qəhvə – şəkər xəstəliyinə tutulmaq riskini azaldır. Əhvalın düzəlməsinə səbəb olur, ancaq tərkibindəki kafeinə görə çox istifadə zərərlidir.

Tərəvəz suları – meyvə suları ilə müqayisədə daha az kalorilidir. Tərkibində şəkər az olduğundan istifadə etmək vücuda müsbət təsir göstərir. İmmuniteti artırır, xəstəliklərə qarşı qoruyucu qalxan rolunu oynayır.

Süd – yalnız sümüklərə faydalı deyil, gündəlik istifadə həmçinin artıq kilo almaq riskini də minimuma endirir.

Su – yararları saymaqla bitməyən suyun dırnaqlara, böyrəklərə, saçımıza qədər hədsiz faydası var.

Çay – qara, yaşıl fərq etməz, hər növü orqanizm üçün xeyirlidir. Diş sağlığına və ürəyə faydalıdır.