Bakıda mağazadan 330 manatlıq viski oğurlanıb

Bakıda mağazadan oğurluq edilib. Foodinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayon ərazisində yerləşən marketdə qeydə alınıb. Əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-cı (soyğunçuluq), 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum edilmiş, 1986-cı il təvəllüdlü R. Zülfüqarov marketdən 330 manat dəyərində viski oğurlayıb. Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən R. Zülfüqarov saxlanılıb.