Azərbaycan süd idxalını 15% azaldıb

Bu ilin yanvar ayında Azərbaycan 954 min ABŞ dolları dəyərində 575 ton süd idxal edib. Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 106 min dollar (12,4%) çox və 99 ton (14,7%) azdır. Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,1%-ini təşkil edib.