Pasiyentdən meyvə səbəti hədiyyə alan həkim işdən qovuldu

Mama ginekoloq doğuş edən pasiyentindən təşəkkür simvolu olaraq meyvə səbəti hədiyyəsini qəbul etdiyi üçün xəstəxananın baş həkimi tərəfindən xüsusi tənbehlə işindən azad olunub. Hadisə Perm şəhərinin 6 saylı xəstəxanasında baş verib. Belə ki, ginekoloq Anastasiya Tarabrina öz instragramında pasiyentin ona verdiyi meyvə səbətini paylaşıb. Bu fotodan sonra xəstəxananın hüquqşünası həkimin əməlində xəstəxananın qanunlarına görə korrupsiya pozuntusunun olub-olmamasını araşdırmaq barədə məsələ qaldırıb. Həkim işindən azad edilib. Tarabrina hüquqlarının kobud şəkildə pozulması ilə bağlı məhkəməyə müraciət edib. 3 ay davam edən məhkəmədə hakim xəstxananın işdən qovulma əmri və buna göstərilən səbəb əsassız və qanunsuz hesab edilib. Xəstəxana həkimə mənəvi zərərə görə təzminat ödəməlidir. (medicina.az)