Azərbaycan süd istehsalına görə Ermənistanı 3 dəfədən çox üstələyir

2019-cu ildə MDB-nin üzvü olan əksər ölkələr süd istehsalının həcmini artırıb. Foodinfo.az “Report”a istinadən xəbər verir ki, ötən il süd istehsalı ən çox Rusiyada artıb. Bu ölkədə 19,613 milyon ton süd istehsal edilib ki, bu da illik müqayisədə 4,8% çoxdur. Artımın dinamikasına görə 2-ci yerdə Qazaxıstan qərarlaşıb. Bu ölkədə 5,82 milyon ton, yaxud illik müqayisədə 3,2% çox süd istehsal edilib.

İl ərzində süd istehsalının həcmi Azərbaycanda 2,4% artaraq 2,129 milyon ton, Qırğızıstanda 2,4% artaraq 1,628 milyon ton, Özbəkistanda 2,3% artaraq 10,711 milyon ton, Tacikistanda 1,5% artaraq 1,001 milyon ton, Belarusda isə 0,7% artaraq 7,393 milyon ton təşkil edib.

Əvəzində süd istehsalının həcmi Ukraynada 3,7% azalaraq 9,687 milyon ton, Ermənistanda 4,3% azalaraq 668 min ton, Moldovada isə 10,6% azalaraq 367 min ton olub.

Göründüyü kimi, Azərbaycan süd istehsalının həcminə görə Ermənistanı 3,2 dəfə üstələyib.