AQTİ  laboratoriyaları 17 563 nümunədə uyğunsuzluq aşkarlayıb

2019-cu il ərzində Qida Təhlükəsizliyi İnstitutunda 21-i ödənişli, 48-i ödənişsiz əsaslarla olmaqla ümumilikdə  69 təlim təşkil olunub. Bu təlimlərə  ümumilikdə 3559 nəfər, o cümlədən 455 nəfər ödənişli,  3113 nəfər isə ödənişsiz olmaqla cəlb edilib.

Foodinfo.az xəbər verir ki, bu barədə məlumat verən  AQTA sədri Qoşqar Təhməzli bildirib ki,  təlimlərdə ümumi olaraq 149 fərqli sahibkarlıq subyektinin əməkdaşları iştirak edib. Hesabat dövründə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalara ümumilikdə 38 675 müraciət daxil olub. Müraciətlərə əsasən ümumilikdə 1 289 806 nümunə müayinələrə cəlb edilib. 17 563 (1.37 % ) nümunədə uyğunsuzluq aşkarlanıb. Nümunələrdən 22 389-u (1.7 %) qida təhlükəsizliyi, 1 209 163-ü (93.7 %) baytarlıq nəzarəti, 58 254-ü (4.5 %) fitosanitar nəzarəti məqsədilə müayinə edilib. Nümunələrin 57 839-u idxal, 934 293-ü ixrac, 9 549-u aparılıb monitorinqlər, 17 846-sı fərdi istək, 369-u şikayət və 269  910-u digər növ əməliyyatlar üzrə müayinəyə cəlb olunub.

Tarix: / Foodinfo