Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qeydiyyatçı (resepşn) vəzifəsinə işə qəbul elan edir

Vəzifə və öhdəliklər:
– Gələn vətəndaşların dinlənilməsi, məlumatlandırılması, aidiyyəti şöbə ilə əlaqələndirilməsi;
– Gələn qonaqların qarşılanması və yola salınması;
– Daxil olan korrespondensiyanın qəbul edilməsi;
– Kənar şəxslərin inzibati binaya daxil olmasının qarşısının alınması üçün tədbirlər görmək, giriş zamanı onlardan sənəd tələb etmək, qeydiyyatını təşkil etmək;
– Telefon zənglərini qəbul etmək və aidiyyəti üzrə cavablandırmaq.

Namizədə tələblər:
– Yaş həddi: 35 yaşadək;
– Kompüterdə işləmək bacarığı (ofis proqramları və s.);
– Ünsiyyətcil və komanda ruhlu;
– Detallara diqqətlilik, səliqə və peşəkarlıq;
– Əməyin təşkilinin əsasları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları ilə bağlı biliklərə malik olmalı;
– Ali təhsilli;
– Təcrübəyə dair tələb: müvafiq vəzifədə 1 ilədək iş təcrübəsi;
– Azərbaycan dilini səlis bilməli (Rus və ya ingilis dili arzuolunandır).

Şərtlər:
– Tam iş günü, iş qrafiki 09.00-dan 18.00-dək. Bazar ertəsi – cümə – həftənin 5 günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ resepşn” yazaraq, 30.01.2020 tarixinə qədər hr.aqti@afsa.gov.az ünvanına göndərmələri xahiş olunur. Əks halda, göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Tarix: / Foodinfo