Hansı ərzaqları dondurmaq olmaz? – Tullayın getsin

Dondurulması yolverilməz olan ərzaqların siyahısına həm də elələri daxil olur ki, onlar tez-tez soyuducunun «buzlaq»ına düşür.

Foodinfo xəbər verir ki, evdar qadınların bir çoxu ərzaqları dondurmağa adət edirlər. Məsələn, bəzi giləmeyvələr, tərəvəzlər və göyərtilər ki, qış aylarında mataha çevrilir. Tez-tez yarımfabrikatlar, tez xarab olan qidalar, ət «buzlaq»a göndərilir.

Amma mütəxəssislər xəbərdarlıq edirlər ki, qəti şəkildə dondurulması məsləhət olmayan ərzaqların böyük siyahısı var.

Yumurta

Dondurulub, sonra isə donu açılmış yumurta sürətlə xarab olur. Əvvəlcə pis iy alır, ardınca isə qida xəstələnməsi mənbəyinə çevrilir.

Artıq bir dəfə donu açılmış xörək

Təkrar dondurma çoxsaylı bakteriyaların çoxalmasına səbəb olur. İlk növbədə bu, ət və balığa aiddir.

Süd və pendir

Dondurulmuş süd özünün dad keyfiyyətini itirir. Həm də donu açılandan sonra bu ərzaqlar zərdaba və şor kütləsinə çevrilə bilər.

Bu qayda pendirin yumşaq növlərinə də aiddir. Onlar xarab olur və dadsız kütləyə çevrilir.

Konservlər

Konservləri otaq temperaturunda, qaranlıq yerdə saxlamaq lazımdır – heç vəchlə «buzlaq»da yox. Ən pis halda, onları soyuducuda saxlamaq olar. «Buzlaq»da konserv (banka) şişir, ərzaq isə mütləq xarab olur.

Tərəvəz

Tərəvəzi tez-tez dondururlar. Təəssüf ki, donu açılandan sonra onlar öz vitaminlərini itirirlər, bəziləri isə həm də dad keyfiyyətini itirir.

İlk növbədə, kələmi, «kabaçok»u, xiyarı, pomidoru və digər sulu meyvələri (tərəvəzi) dondurmaq olmaz.

 

Jelatin

Jelatin aşağı temperaturda sürətlə kristallaşır. Tərkibində jelatin olan xörəklər isə xarab olur və dad keyfiyyətini itirir.

 

Nurlan

Tarix: / Foodinfo