D vitamininin aşırı qəbulu böyrəklər üçün zərərlidir – Nefroloqdan XƏBƏRDARLIQ

Müntəzəm və analizlərə diqqət yetirmədən D vitamini qəbulu böyrəklərə pis təsir edib, gözlənməyən problemlər yarada bilər.

Foodinfo xəbər verir ki, bu barədə Rusiyanın 2 saylı nefroloji xəstəxanasının baş həkimi bildirib.

O bildirib ki, kor –koranə, hətta analizdə D əskikliyi olsa da dozanı dəqiqləşdirmədən və qanda kalsiumun səviyyəsini bilmədən D vitamini qəbul etmək neftotoksiki təsir edir.

D vitamin və kalsiumun doza artıqlığı hiperkalsemiyaya səbəb olur ki, bu da böyrəkləri zədələyir.

D vitamini qəbul edənlər qanda kalsium və fosforun səviyyəsini daim nəzarətdə saxlamalıdırlar.

“Mən bunu nəzərə çatdırmaqla insanları vitamin D-dən uzaq tutmaq istəmirəm. Qışda, soyuqda Günəş olmadığı vaxt D vitamini vacibdir. Lakin aşırı dozanın, xüsusən kalsium və fosforun artmasının nefrotiksiki olmasını bilməlisiz. D vitamini qəbulundan əvvəl, kursun ortasında və sonunda qanda kalsium, fosfor analizini verin”.

Qeyd edək ki, nefrotoksiklik dərmanlarda olan kimyəvi maddələrin orqanlara zəhərli təsiri deməkdir.

 

Nurlan