Qida Təhlükəsizliyi Agentliyi ixracatçılara təmənnasız dəstək göstərəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ixracatçılara təmənnasız dəstək göstərəcək.

AzFood-a verilən məlumata görə, bunu AQTA sədrinin müşaviri Elxan Mikayılov “ixracatçılara dəstək” layihəsi çərçivəsində sahibkarlarla görüş zamanı deyib.

Onun sözlərinə görə, dəstək konsaltinq xidmətləri, eləcə də qrant və kreditlər vasitəsilə göstəriləcək:

“Biz xərclərin bir hissəsini müvafiq dövlət strukturlarının resurslarından istifadə etməklə ixrac tələblərinin icra olunmasına yönəldəcəyik”.

E.Mikayılov bildirib ki, növbəti mərhələ potensial alıcıların axtarışı olacaq:

“Bu istiqamətdə artıq danışıqlar aparılır və bu sahədə də agentlik tərəfindən zəruri dəstək göstəriləcək. Sahibkarların iştirakı ilə beynəlxalq sərgilərdə məhsulların təqdimatı keçiriləcək, eləcə də beynəlxalq standartlara sertifikatlar veriləcək”.

 

Nurlan