Təbii insulin mənbəyi olan qida

Şəkər xəstəliyi indiki dövrdə tez-tez rastlaşılan insanın həyat keyfiyyətini aşağı salan olduqca ciddi bir xəstəlikdir. Qeyri-sağlam qidalanmağın bir nəticəsi olaraq ortaya çıxa bilən piylənmə və şəkər xəstəliyi, qidalanma vərdişləri nizama salınaraq idarə altına alına bilən narahatlıqlardır.

Şəkər xəstəliyi olaraq tanınan diabet, insulin çatışmazlığı yaradan metabolik bir funksiya pozuntusudur. Diabet, müxtəlif problemlərə gətirib çıxaran, çoxfaktorlu bir xəstəlikdir və bu səbəblə bir çox müalicə yanaşmasını tələb edir. Diabetli xəstələr kifayət qədər insulin ifraz etmir. Fitoterapiya mütəxəssisləri, diabetlə mübarizədə ən effektiv üsulun sumaq çayı olduğunu deyir.

İnsanlar yeməklərinə dad vermək üçün istifadə etdiyi bu möcüzəvi ədviyyat şəfa verir. Yabanı otlar arasında yerini alan sumağın meyvəsi toplanır və qurudularaq toz halına salınır sonra ədviyyat olaraq istifadə edilir.

Az qala hər torpaqda yetişən bu otun 150 növü var. Yalnız iki növü zəhərsizdir.

Turş dadı olan sumaq, limonun olmadığı zamanlarda alternativ olaraq istifadə edilir. Aparılan araşdırmalarda limon kimi sumağın da antioksidant xüsusiyyəti olduğu müşahidə edilib. Eyni zamanda mütəxəssislər üst tənəffüs yolu xəstəliklərində dərman istifadə etmədən sumaq suyu ilə müalicə oluna biləcəyini vurğulayır.

Qandakı insulin nisbətini tarazlayır. Bu xüsusiyyəti sayəsində diabet və yüksək təzyiqli xəstələrinin istehlak edilməli qidalar arasındadır.

Həftədə bir stəkan istehlak edilən sumaq suyu, sinir sistemində zərər görmüş hüceyrələrin sayını azaldaraq sağlam hüceyrələrin artmasına kömək edir. Yorğunluq, stress və depressiya kimi narahatlıqların yaşanma riskini də azaldır.

 

/Deyerler.org/

Tarix: / Foodinfo