Səudiyyə Yəmənə qida və dərman aparan 13 gəminin saxlanılmasını davam etdirir

BMT qurumlarının lisenziyaları və icazələrinə baxmayaraq, Səudiyyə Ərəbistanı Yəmənin əl-Hudeyda limanına dava-dərman və qida məhsulları aparan 13 gəminin saxlanılmasını davam etdirir.

SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu barədə əl-Hudeyda dəniz limanı idarəsi məlumat yayıb.

Bildirilib ki, 44 gündür saxlanılmış 14 gəmidən yalnız biri sərbəst buraxılıb.

Gəmilərdə Yəmənin mühasirədə qalmış bir çox bölgələri üçün dava-dərman peraparatları, neft və neft məhsulları, yanacaq və müxtəlif ərzaq məhsulları mövcuddur. Məlumata görə BMT bu gəmilərin əl-Hudeyda limanına getməsinə icazə verib.

Qeyd edək ki, ötən il Stokholm şəhərində Yəmən münaqişəsi tərəfləri arasında əldə edilmiş anlaşmada strateji əl-Hudeyda şəhərinin mühasirəsinin aradan qaldırılması, ərzaq, dərman və yanacağın Yəməndə mühasirədə qalmış əyalətlərə çatdırılması yer alıb.

Səudiyyə Ərəbistanın başçılıq etdiyi hərbi koalisiya 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.