“Qida Bələdçisi”nin 29-cu buraxılışı yayımlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə “ARB 24” Televiziya Şirkətinin birgə layihəsi olan “Qida Bələdçisi” verilişinin növbəti buraxılışı yayımlanıb. Budəfəki buraxılışda maraqlı mövzulara toxunulub.

Qida Təhlükəsizliyi İnstitutunda təlimlərə start verilib. Təlimlərdə necə iştirak etmək olar?

Ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə keçirilən monitorinqlər başa çatıb. Monitorinqlər hansı ərazilərdə təşkil olunub?

Ölkəmizdə qida məhsullarının idxalının elektronlaşmasına start verilib. Bu yeni sistem sahibkaralara nə verəcək?

Hamiləlik dövründə qidalanmanın ana südünə təsiri

“Süfrə” jurnalının çapdan çıxan növbəti nömrəsində hansı maraqlı mövzulara toxunulub?

Balıq alarkən nəyə diqqət etmək lazımdır?

Qeyd edək ki, “Qida Bələdçisi” hər həftənin bazar günü saat 19:25-də “ARB24” telekanalında yayımlanır.