Bakıda bahalaşma – Məhsul və xidmətlərin qiymətləri artıb

Bu ilin yanvar-sentyabr aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Bakı şəhərində istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2% artıb.

Foodinfo Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,5%, qeyri-ərzaq məhsullarının qiymətlər 0,1% artıb.

Əhaliyə göstərilən xidmətlərin qiymətləri isə eyni səviyyədə qalıb.

Tarix: / Foodinfo