“Oba” PR menecersiz qaldı

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Oba” marketlər şəbəkəsinin kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri işdən çıxıb.

“Index” xəbər verir ki, qurumun rəsmisi Elvin Babayev “Oba” ilə yollarını ayırıb. O, özünün sosial çəbəkə səhifəsində bunları yazıb: “Bu gündən etibarən OBA marketlər şəbəkəsi ilə yollarımı ayırdım.

3 il ərzində Veysəloğlu Qrupda kommunikasiya istiqamətində və ictimaiyyətlə əlaqələrin qurulmasında imkan verildiyi qədər nələrsə etməyə çalışdım. Yaxşı dostlar qazandım. Geniş portfoliyo və fərqli istiqamətlərdə bilgilər əldə etdim.

Artıq yeni sahələr və yeni istiqamətlərə getmək vaxtıdır”. O qeyd edib ki, bir neçə gün dincələcək və açıqda qalan layihələrini davam etdirəcək: “Sonra gələn təklifləri dəyərləndirəcəyəm”.

Tarix: / Foodinfo