Ən güclü antioksidant

Cənubi Amerikanın yerli qəbilələri 8 min il əvvəldən amarantı tanıyırdılar, Avropada yaşayanlar isə qitəyə gələnə qədər qarğıdalıdan sonra ikinci əsas dənli bitki kimi ondan geniş istifadə edirdilər.

Amarantdan hazırlanan qida məhsulları yüzilliklər ərzində asteklərin və inklərin rasionuna daxil olub, dərman bitkisi və müalicə vasitəsi kimi özünə yer tapıb.

Asteklərin sonuncu imperatoru Montesuma hər il tabeliyində olan qəbilələrdən 70 min hektolitr amarant toxumu toplayarmış. Qədim asteklər yeni doğulmuş körpəni qidalandırmaq üçün ondan istifadə edir, döyüşə gedən əsgərlər bitkinin üyüdülmüş toxumlarını ehtiyat azuqə kimi götürürdülər. XVI əsrdə Avropaya gətirilən amarant az vaxtda məşhurlaşıb. Hətta 1653-cü ildə İsveç şahzadəsi Xristina Avqusta onun şərəfinə orden təsis edib.

Bitkinin adı yunan dilindən tərcümədə solmayan çiçək mənası verir və müxtəlif qitələrdə onun 90-a yaxın növü yayılıb. Amarant toxumlarından alınan yağın tərkibində skvalen maddəsi indiyədək elmə məlum olan antioksidantlardan ən güclüsüdür. Son illərə qədər xərçəng xəstəliyinin müalicəsində istifadə olunan skvalen köpək balığının qaraciyərindən alınırdı və bu, cəmi 2 faiz təşkil edirdi. Amarantda skvalenin miqdarı 8 faizə çatır.

Amarantdan mədə-bağırsaq sistemi, babasil, böyrək və sidik yollarının iltihab mənşəli xəstəlikləri, şəkərli diabet, anemiya, ateroskleroz, avitaminoz, stenokardiya, nevroz, hipertoniya, maddələr mübadiləsi pozulmaları, dəri xəstəlikləri, immunitet çatışmazlığı və yanıqlar zamanı geniş istifadə edilir.

Tarix: / Foodinfo