Qarabaşaq kəskin bahalaşıb

Rusiyanın müxtəlif şəhərlərində qarabaşağın qiymətində kəskin artım müşahidə olunur.

Qarabaşaq yarması tədarükçüləri pərakəndə satıcılara qiymət artımı barədə xəbərdarlıq edib. “Auchan” nümayəndəsinin sözlərinə əsasən, söhbət 20-25%-lik artımdan gedir.

Şərqi Sibirin ən iri pərakəndə satış şəbəkəsi olan “Komandor”un nümayəndəsi isə tədarükçülərin 1 kq qarabaşağa olan qiymətini 59 rubladək (təxminən 1,6 manat – red.) – 25-50% artırıblar: “Topdansatış qiyməti artır. Qarabaşaq sonuncu dəfə 3 il bundan öncə bahalaşmışdı”.

Mütəxəssislərin fikrincə, topdansatış məntəqələrində qarabaşağın bahalaşması nəticəsində sözügedən məhsul istehlakçıya əvvəlkindən 5-30% daha baha çatacaq. Yeni ildən sonra qarabaşağın pərakəndə qiymətinin daha 10% artacağı gözlənilir.

“Əvvəlki iki ildə qarabaşağın qiymətləri endirildi və fermerlər bu məhsul üçün əkin sahələrini azaltmağa başladı. Nəticədə, topdansatış bazarında tədarük qıtlığı yarandı”, – deyə “Rusprodsoyuz” sənaye birliyinin icraçı direktoru Dmitri Vostrikov bildirib. (APA)

Tarix: / Foodinfo