Sahibkarların NƏZƏRİNƏ !

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Biznes-modelin və biznes-planın hazırlanması” mövzusunda təlim keçiriləcək.

Tədbirin təşkilində məqsəd yeni ideyaları olan gəncləri, startapları, eləcə də yeni məhsullar və xidmətlər yaratmaq istəyən sahibkarları bu istiqamətdə məlumatlandırmaq, onlara məsləhət və informasiya dəstəyi göstərməkdir.

Təlimdə iştirak etmək istəyən startaplar, sahibkarlar və menecerlərdən müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) Agentliyin training@smb.gov.az e-mail ünvanına “Mövzu” yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Təlimdə iştirak ödənişsizdir.

Təlimin tarixi: 22 oktyabr 2019-cu il

Təlim saatı: 11:00 – 13:00

Ünvan: Bakı şəhəri, Atatürk prospekti, 134 (KOBİA-nın inzibati binası)

Əlaqələndirici şəxs: Urfan Nəbiyev

Tel: (+99412) 404-04-01.