“LIBRAFF”-In baş sponsorluğu ilə Hakan Mengüçün seminarı keçirilib

Bakıda Avropa Azərbaycan Məktəbinin Badamdar filialında motivasiyaçı Hakan Mengüçün “Pozitiv düşün, özün kimi olmaq cəsarətini göstər” adlı seminarı keçirilib.

Hakan Mengüçün seminarı iki saat davam edib.

Seminar bitdikdən sonra “LIBRAFF”ın Park Akademiya filialında Hakan Mengüçün imza günü keçirilib. Oxucular müəllifin kitablarını imzaladıb və xatirə fotosu çəkdiriblər. KİV nümayəndələrinin də qatıldığı tədbir “LIBRAFF” mağazalar şəbəkəsinin baş sponsorluğu ilə reallaşıb.

Məlumat üçün bildirək ki, hazırda “LIBRAFF” mağazalar şəbəkəsinin 8-i Bakıda, biri isə Gəncədə olmaqla 9 filialı fəaliyyət göstərir. “LIBRAFF” kitab, oyuncaq, dəftərxana, elektronika və aksesuarlar, hobbi və hədiyyələr, multimedia bölümləri ilə xidmət göstərir.

Tarix: / Foodinfo