AQTA tender elan edib

AZƏRBAYCAN  RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ AÇIQ TENDERLƏR ELAN EDİR

Dəftərxana mallarının satın alınması;
Təsərrüfat mallarının satın alınması;
Printerlər üçün kartriclərin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı: Hər tender üzrə ayrılıqda aşağıda qeyd edilən məbləğdə olacaq:

100 (bir yüz) AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

VÖEN – 1404055601

H/H – AZ58CTRE00000000000008408201

Dövlət Xəzinədarlıq Agentliyi

VÖEN – 1401555071

Kod -210005

M/H – AZ41NABZ01360100000000003944

S.W.I.F.T- CTREAZ22

Büdcə təsnifatının kodu – 142340

Büdcə səviyyəsinin kodu – 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər

Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat (Əsas şərtlər toplusunun “Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat forması”na uyğun olaraq).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun formada aşağıdakı kimi həyata keçiriləcəkdir.

Dəftərxana mallarının satın alınması üzrə elan edilmiş tenderdə iştirak etmək üçün malgöndərənlər ixtisas göstəricilərinə dair sənədləri 04 noyabr 2019-cu il, 15:00 tarixinə və tender təklifi ilə bank təminatı sənədlərini 13 noyabr 2019-cu il, 17:00 tarixinə qədər təqdim etməlidirlər. Malgöndərənlərin təklifləri isə 14 noyabr 2019-cu il, 15:00 tarixində həyata keçiriləcəkdir.
Təsərrüfat mallarının satın alınması üzrə elan edilmiş tenderdə iştirak etmək üçün malgöndərənlər ixtisas göstəricilərinə dair sənədləri 04 noyabr 2019-cu il, 15:30 tarixinə və tender təklifi ilə bank təminatı sənədlərini 13 noyabr 2019-cu il, 17:00 tarixinə qədər təqdim etməlidirlər. Malgöndərənlərin təklifləri isə 14 noyabr 2019-cu il, 15:30 tarixində həyata keçiriləcəkdir.
Printerlər üçün kartriclərin satın alınması üzrə elan edilmiş tenderdə iştirak etmək üçün malgöndərənlər ixtisas göstəricilərinə dair sənədləri 04 noyabr 2019-cu il, 16:00 tarixinə və tender təklifi ilə bank təminatı sənədlərini 13 noyabr 2019-cu il, 18:14 tarixinə qədər təqdim etməlidirlər. Malgöndərənlərin təklifləri isə 14 noyabr 2019-cu il, 16:00 tarixində həyata keçiriləcəkdir.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır və iddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

Tarix: / Foodinfo