Azərbaycanda quşçuluq müəssisəsi səhmlərinin 28%-ni satışa çıxarır

Noyabrın 5-də “İsmayıllı Quşçuluq” ASC-nin 175 509 ədəd adi, sənədsiz, adlı səhmi “Bakı Fond Birjası” QSC-də (BFB) satışa çıxarılacaq.

Bu, müəssisənin səhmlərinin 27,9%-i qədərdir.

Açıq hərracda iştirak etmək istəyənlər noyabrın 2-nə qədər “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-yə (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ələddin Quliyev küçəsi, 11/31, “Babək Plaza”, 7-ci mərtəbə) və yaxud BFB-nin üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.

Xatırladaq ki, “İsmayıllı Quşçuluq” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 257 202 manatdır. Müəssisənin səhmlərin 50,1%-i Zaur Zahid oğlu Qardaşova, 34,17%-i Siyasət Cəlil qızı Qardaşovaya, 10,96%-i Zahid Əhməd oğlu Qardaşova, qalan 4,77%-i isə 24 fiziki şəxsə məxsusdur. (Report)

Tarix: / Foodinfo