ABAD kəndlərdə yaşayan qadınlara böyük dəstək verir

Bu gün Beynəlxalq Kənd Qadınları Günü kimi qeyd olunur.

Dünyada hər 4 nəfərdən 3-ü kənd yerlərində yaşayır və onlardan dörddə birindən çoxunu isə kəndlərdə yaşayan qadınlar təşkil edir. Nəzərə alsaq ki, dünya əhalisinin yoxsulluq göstəricisi 80 faizdir, qadınların dünyadakı yoxsulluq səviyyəsinin azaldılmasında rolu böyükdür. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, kənd qadınlarının istehsal resurslarından kişilər kimi bərabər istifadə imkanları olsa, yüz milyondan artıq insan yoxsulluqdan qurtara bilər. Belə olan təqdirdə qadınların işlədikləri fermalarda məhsuldarlıq 30 faiz artacaq, aclıqdan əziyyət çəkən insanların sayı 17 faiz azalacaqdır. Bu isə 150 milyon insan deməkdir. Kənd qadınlarının övladları səhiyyə xidmətlərindən, təhsil və qidalanma imkanlarından daha yaxşı istifadə etdikcə bu xeyirlər daha da artacaqdır.

Dünya üzrə kənddə yaşayan qadınların məlumat və texniki resursları çox məhduddur. Bu səbəbdən də onların çox vaxt hüquqları pozulur və özlərinin bir individual kimi formalaşmasına uzun zaman tələb olunur.

Ümumdünya Kənd Qadınları Günü ideyası 1995-ci ildə Pekində keçirilən BMT-nin 4-cü Qadınlar Konfransında irəli sürülüb. Lakin rəsmi status yalnız 2007-ci ildə A / RES / 62/136 nömrəli qətnamə altında alınıb.

Dünyada qlobal iqlim dəyişikliyinə qarşı əhəmiyyətli addımların atılmasına ehtiyacın dayanmadan artdığı bir dövrdə kənd qadınlarının rolu danılmazdır. Həqiqətən də, karbon-neytral bir mühit üçün lazımı dəyişikliklərin baş verməsi yalnız liderlərdən deyil, həm də əhalidən asılıdır. Beynəlxalq Kənd Qadınları Gününün bu ilki mövzusu BMT Baş Assambleyasının 74-cü sessiyasına başlayan İqlim üzrə Fəaliyyət Sammitində müəyyənləşdirilən “Kənd qadınlarının iqlim dayanıqlığının qurulmasında rolu”-dur. Bu gün dünyanın davamlı inkişafının kənd qadınları olmadan mümkünsüzlüyünü xatırlatma məqsədi daşıyır.

Azərbaycanda kənd işçilərinin problemləri həll olunması üçün bir çox mühüm addımlar atılır. Bu addımlardan biri “ABAD” publik hüquqi şəxsin də yaradılmasıdır.

“ABAD” öz sahəsində qadınlara kənd təsərrüfatı resurslarından istifadə edərək öz növbəsində mikro, kiçik və orta biznesin inkişafına hərtərəfli dəstək verir.

Üç il ərzində “ABAD” kənd təsərrüfatında (qida məhsullarının istehsalı) iştirak edən 70 ailənin mini istehsalını açdı, qida məhsulları “ABAD” mağazalarında satışa çıxardı, hər ayın sonunda satışdan əldə olunan məbləğ onların şəxsi hesablarına mədaxil olunur. Bununla bir çox ailənin məşğulluq səviyyəsinin artımına nail olunub. Bu ailələrdən 6-nın biznesini ümumiyyətlə tək qadınlar aparır.

Kənd təsərrüfatının inkişafı üçün, gənc qızların doğma yurdlarını tərk etməmələri, onların inkişafı ilə məşğul olmaq, avadanlıqlarla təchiz edib modernləşdirmək, kənd sakinlərinin yaşayış və iş şəraitini yaxşılaşdırmaq lazımdır.

Tarix: / Foodinfo