Ən yaxşı innovativ layihələr Bakıda nümayiş olunacaq

4-7 dekabr tarixlərində Bakıda MDB ölkələrinin innovasiya sahəsində ən yaxşı layihələrinin və tərcübələrinin mükafatlandırılmasına dair tədbir – “İnnovasiya zamanı 2019” 9-cu İllik Mükafatlandırma mərasimi keçiriləcək.

Hazırda “İnnovasiya zamanı 2019”da iştirak üçün müraciətlərin qəbulu davam edir.

“İlin innovasiyası”, “İlin infrastruktur layihəsi”, “İlin sosial innovasiyası”, “İlin kəşfi”, “İnnovativ fəaliyyətin təşviqi üçün ən yaxşı layihə”, “İlin məhsulu”, “İlin elmi birliyi”, “İlin texnoloji innovasiyası”, “İlin təşkilati-idarəetmə innovasiyası”, “İlin tədbir layihəsi”, “İlin proqramı” mükafatın əsas nominasiyaları sırasındadır.

“İnnovasiya zamanı 2019”da iştirak şərtləri və ətraflı məlumatı layihənin rəsmi internet səhifəsindən əldə etmək olar: http://novpro.org

Tarix: / Foodinfo