Yenilənən “Grandmart” mağazasının açılışı izdihama səbəb oldu – VİDEO

Grandmart” marketlər şəbəkəsinin “Həzi Aslanov” metro stansiyası yaxınlığında yerləşən mağazasının yenilənmiş konseptdə açılışı baş tutub. Sakinlər tərəfindən mağazanın açılışı böyük rəğbətlə qarşılanıb və ilk 3 gün ərzində mağazanı 22 000 müştəri ziyarət edib.

ŞƏBƏKƏYƏ YENİ RƏHBƏR TƏYİN EDİLİB

Qeyd edək ki, “Avrora” şirkətlər qrupuna məxsus olan “Grandmart” mağazalar şəbəkəsinə avqust ayından etibarən rəhbərlik Eşqin İsmayıllıya həvalə edilib. Yeni rəhbərin qərarı ilə “Üstün Xidmət” anlayışını əsas götürməklə markaya məxsus bütün mağazalarda konsept dəyişikliyi reallaşdırılmaqdadır. Ötən bir ay ərzində 1-i yeni olmaqla cəmi 3 mağaza qeyd edilən konsept üzərindən yenilənərək müştərilərin ixtiyarına verilib.

Sayca 3-cü mağazanın açılışından video görüntünü nəzərinizə çatdırırıq.

Tarix: / Foodinfo