Şəkərli diabet xəstələri necə qidalanmalıdır?

Şəkərli diabet mədəaltı vəzinin hormonu olan insulinin fəaliyyətinin zəifləməsi və ya çatışmazlığı nəticəsində yaranır.

Gündəlik şəkərin həddindən çox istehlakı immun sisteminin zəifləməsinə, orqanizmin mineral balansının pozulmasına, diş çürümələrinə, Ca2+ və Mg2+ -un sorulmasına, göz zəifləməsinə, qanda E vitamininin azalmasına gətirib çıxarır. Eyni zamanda yaşlanmaya, ürək-damar, xərçəng, I və II tip şəkərli diabet kimi xəstəliklərin yaranmasına səbəb olur.

Şəkərli diabetdən əziyyət çəkən xəstələr şirin və şəkərli qida qəbulunu minimuma endirməli, yağ istehlakını azaltmalı, duz və konservləşdirilmiş qidalardan uzaq durmalıdırlar.

Şəkər xəstələri qida rasionuna çörək, buğda, karof, düyü, eləcə də nişastalı karbohidratlı qidalar, meyvə və tərəvəz həftədə bir dəfə balıq və balıq məhsulları daxil etməlidirlər. Yeməkarası aclıq hiss olunarsa, meyvə və ya pəhriz yoqurtları yemək məsləhətdir.