Yeni ideyaları olan gənclər və startaplar üçün təlim keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən startaplar və sahibkarlar üçün “İnnovativ layihələrin ilkin hazırlıq və yaradılması prosesində məsləhət” mövzusunda təlim keçiriləcəkdir.

Təlimin təşkilində məqsəd yeni ideyaları olan gəncləri, startapları, eləcə də yeni məhsullar və xidmətlər yaratmaq istəyən sahibkarları bu istiqamətdə məlumatlandırmaq, onlara məsləhət və informasiya dəstəyi göstərməkdir.

Təlimdə iştirak etmək istəyən startaplardan və sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) Agentliyin training@smb.gov.az e-mail ünvanına “Mövzu” yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Tədbirin tarixi: 1 oktyabr 2019-cu il

Təlim saatı: 11:00 – 13:00

Ünvan: Bakı şəhəri, Atatürk prospekti, 134 (KOBİA-nın inzibati binası)

Əlaqələndirici şəxs: Urfan Nəbiyev

Tel: (+99412) 404-04-01.

Tarix: / Foodinfo