Lənkəranın nəfis “Lürmə” salatı

Sözün əsl mənasında boşqab içində sağlamlıq.

Foodinfo.az  oxuculara  “Lürmə” salatını təqdim edir:

Tərkib:

1 ədəd iri badımcan
1 diş sarımsaq
20 qr süzmə
½ dəstə şüyüd
¼ dəstə nanə
Duz, istiot

Hazırlanması:

Badımcan közdə bişirilir. Qabığı təmizlənib xırda doğranır.

Üzərinə xırda doğranmış sarımsaq, göyərti əlavə edilir.

Salata süzmə əlavə olunur, duz, istiot səpilib qarışdırılır.

“Lürmə” salatı şüyüd yarpağı ilə bəzədilib süfrəyə verilir.

Tarix: / Foodinfo