Xarici biznesləri 128 milyon dollarlıq “yağlamışıq”

2019-cu ilin 8 ayı ərzində Azərbaycana xaricdən təxminən 128 milyon dollarlıq kərə və bitki yağları idxal edilib.

Foodinfo.az  Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 42 milyon 193 min dollar dəyərində kərə yağları, 85 milyon 707 min dollarlıq bitki yağları idxal edilib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana 37 milyon 304 min dollarlıq kərə yağları, 77 milyon 979 min dollarlıq bitki yağları idxal edilmişdi.

Tarix: / Foodinfo