Qənd və şəkər tozu istehsalı 78 faizədək artıb

Yanvar-avqust aylarında ötən ilin eyni ayları ilə müqayisədə içki istehsalında 44,9 faiz, tütün məmulatlarının istehsalında 32,2 faiz, qida məhsullarının istehsalında isə 15,7 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 77,8 faiz, kolbasa məmulatları 46,5 faiz, qaymaq və xama istehsalı 21,7 faiz, cem və marmeladların istehsalı 12,5 faiz, üzlü süd istehsalı 2,8 faiz, alkoqolsuz içkilərin istehsalı isə 15,5 faiz artıb.

Tarix: / Foodinfo