Azərbaycanda ət, süd, pendir və yumurta bahalaşır

Azərbaycanda 2019-cu ilin avqust ayında 2019-cu ilin iyul ayına nisbətən ən çox ət məhsulları, süd məhsulları, pendir və yumurta bahalaşıb.

Foodinfo.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ay ərzində ət məhsulları 1,2 faiz, süd məhsulları, pendir və yumurta 0,9% bahalaşıb. Bu məhsullar 2018-ci ilin avqust ayına nisbətən də bahalaşıblar. Son 12 ayda süd məhsulları, pendir və yumurtada bahalaşma 3,1 faizə çatır.

Avqustda meyvə və tərəvəzlər ucuzlaşıb.

2019-cu ilin yanvar-avqust aylarında (8 ayda) 2018-ci ilin yanvar-avqust aylarına nisbətən ən çox tərəvəzlər (11,6%), tütün məmulatları (20,6%) və araq (10,6) bahalaşıb.

 

Tarix: / Foodinfo