Arıçılıq məhsullarının emalı və qablaşdırılması sexi tikilir

Astarada istehsal olunan arıçılıq məhsullarının daha geniş miqyasda satışını təşkil etmək məqsədilə müasir tələblərə cavab verən emal və qablaşdırma sexi tikilir.

Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyini (USAID) maliyyə dəstəyi ilə Siyakü kəndində icma əsaslı arıçılıq məhsullarının emalı və qablaşdırılması sexinin tikintisinə başlanılıb.

Sexdə xaricdən gətirilmiş müasir avadanlıqlar quraşdırılacaq. Burada emal ediləcək və qablaşdırılacaq arıçılıq məhsulları xarici ölkələrə də satışa çıxarılacaq.

Sex rayonun Siyakü kəndində tikilir. Yeni sexin bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Tarix: / Foodinfo